Xaricde Tehsil Almaniyada tehsil AlunatPro – Alman Universitetlərinə Azərbaycanlı Tələbələrin Qəbulu Proqramı-nın qısaldılmış formasıdır. Bu Proqram vasitəsiylə artıq onlarla azərbaycanlı gəncimiz Alman Universitetlərində bakalavr, magistratura və rezidentura pillələrində təhsil alır. Almaniyadakı Universitetlərə qəbul olmaq üçün uzun, keşməkeşli, bürokratik bir yoldan keçərək lazımi sənədləri universitetlərə təqdim etmək lazımdır. Çox zaman gənclərimiz sənəd vermə işini özləri həll etməyə çalışırlar. Lakin bir çox bürokratik əngəllər, Azərbaycandakı poçtun həddindən artıq gec işləməsi, lazımi hallarda universitetə gedib işləri şəxsi olaraq həll etmə imkanının olmaması, dilin zəif və yaxud heç bilinməməsi və s. sənəd vermə işini çətinə salır. Bütün bu problemləri nəzərə alaraq, Almaniyada yaşayan azərbaycanlıların qurduğu AlunatPro – Alman Universitetlərinə Azərbaycanlı Tələbələrin Qəbulu Proqramı – gənclərimizə əllərindən gələn köməyi etməsi üçün yaradılmışdır. Biz bu işin prosedurasını mükəmməl bilirik və sizə kömək etmək üçün buradayıq. Bir neçə insan bu işi indiyə qədər fərdi-həvəskar olaraq etmişdir, lakin həmin adamların qeyri-professionallığı, Almaniyadakı qanunları bilməmələri, Azərbaycanda olmaları gənclərimizi bir çox hallarda məyus etmiş, onların hər hansı səhvi ucbatından tələbələrin gənclik illərinin hədər olmasına səbəb olmuşdur. AlunatPro – öz işinin professionallığına zəmanət verir.
Bununla yanaşı AlunatPro gənclərimizə həm də viza üçün sənədlərin düzəldilməsində, bank hesabının açılması və köçürülməsi işlərində, yataqxana tapma işində təmənnasız kömək edir. Bizlər savadlı Azərbaycan gəncliyi üçün əlimizdən gələni etməyə hazırıq. Göstərilən keçidi sıxmaqla ↪Elektron Müraciət Forması vasitəsiylə alman universitetlərinə qəbul olmaq üçün müraciət edin!